“Trabzonspor” yarımfinalda, “Sivasspor” dayandı

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Fənərbaxça” səfərdə darmadağın etdiyi “Kırklarılesipor”la bu dəfə doğma meydanda qarşılaşıb. Bu dəfə də qələbə qazanan İstanbul klubu ilk yarımfinalçı olub.

İkinci oyun günündə “Qalatasaray” səfərdə uduzduğu “Alanyaspor”u qəbul edib. İstanbul nəhəngi bu görüşdə 3:1 hesablı qələbə qazanmasına baxmayaraq, “Alanyaspor” səfər qolu sayəsində növbəti mərhələyə çıxıb.

Sonuncu oyun günündə “Trabzonspor” doğma meydanda darmadağın etdiyi “Ərzurumspor”a səfərdə də qalib gəlməklə növbəti mərhələyə vəsiqəni təmin edib. Super Liqada uğurlu mövsüm keçirən “Sivasspor” isə “Antalyaspor”la iki oyunun nəticəsində uduzmasa da, yarımfinala yüksələ bilməyib.

Türkiyə kuboku, 1/4 finalın cavab oyunları

11 fevral

Fənərbaxça – Kırklarılesipor 1:0 (ilk oyun 3:0)
Qol: M.Erdinc, 50.

12 fevral

Qalatasaray – Alanyaspor 3:1 (0:2)
Qol: E.Akbaba, 9. A.Büyük, 55-pen; 85 – Bammu, 31.

13 fevral

Ərzurumspor – Trabzonspor 1:4 (0:5)
Qol: H.Ayaroğlu, 17 – Gilyerme, 9; 46. A.Parmak, 68. S.Kınalı, 83.

Sivasspor – Antalyaspor 1:1 (0:0)
Qol: Y.Öztekin, 31 – D.Sınık, 49.

Beləliklə, yarımfinalda aşağıdakı kollektivlər üz-üzə gələcək:

Trabzonspor – Fənərbaxça
Antalyaspor – Alanyaspor