“Beşiktaş”dan çətin qələbə

Türkiyə Super Liqasında 29-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Kasımpaşa” doğma azarkeşləri qarşısında “Bursaspor”u qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.

Şənbə günü dörd oyun baş tutub. “Akhisarspor” doğma meydanda “Antalyaspor”a, “Göztəpə” isə “Ərzurumspor”a məğlub olub. “Trabzonspor” “Yeni Malatyaspor”la ev oyunundan qalib ayrılıb. “Qalatasaray” isə “Kayserispor”la qarşılaşmada inamlı qələbəyə sevinib.

Lider “Başakşəhər” isə “Rizəspor”u sınağa çəkib. İstanbul təmsilçisi bu oyunda son anda məğlubiyyətdən xilas olub.

“Fənərbaxça” bu turda “Alanyaspor”la qarşılaşıb və minimal hesabla uduzub.

“Beşiktaş” isə “Sivasspor” səfərinə yollanıb. Üç qolun qeydə alındığı matç İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası, 29-cu tur

19 aprel

Kasımpaşa – Bursaspor 1:1
Qol
: Trezeqe, 60 – A.Kara, 81-pen.

20 aprel

Akhisarspor – Antalyaspor 1:2
Qol
: Barbosa, 58 – M.Erdinc, 7; 40.

Trabzonspor – Yeni Malatyaspor 2:1
Qol
: Nvakaeme, 31. Rodalleqa, 79 – Ö.Şişmanoğlu, 22.

Qalatasaray – Kayserispor 3:1
Qol
: Diane, 16; 42-pen. Naqatomo, 45 – Kravets, 15.

Göztəpə – Ərzurumspor 0:1
Qol
: T.Antalyalı, 25.

21 aprel

Ankaragücü – Konyaspor 0:0

Başakşəhər – Rizəspor 1:1
Qol
: Vişça, 90+6-pen – Muriqi, 62.

Alanyaspor – Fənərbaxça 1:0
Qol
: E.Karaca, 57.

22 aprel

Sivasspor – Beşiktaş 1:2
Qol
: Diabate, 45 – Vida, 31. B.Yılmaz, 87.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 28 qol.