“Qalatasaray” 3 xalı 5 qolla qazandı

Türkiyə Super Liqasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Sivasspor” “Yeni Malatyaspor”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

Şənbə günü üç oyun baş tutub. “Ankaragücü” – “Bursaspor” oyununda hesab açılmayıb. “Trabzonspor” “Akhisarspor”la ev oyunundan qələbə ilə ayrılıb.

Turun mərkəzi görüşündə “Fənərbaxça” lider “Başakşəhər” səfərinə yollanıb. Üç qolun qeydə alındığı qarşılaşmadan qalib ayrılan meydan sahibləri zirvədəki mövqeyini daha da möhkəmləndirib.

Bazar günü daha dörd görüş baş tutub. “Göztəpə” – “Kasımpaşa” matçında hesab açılmayıb. “Alanyaspor” doğma meydanda “Ərzurumspor”a, “Rizəspor” “Kayserispor”a qalib gəlib. “Konyaspor”u qəbul edən “Beşiktaş” da turu qələbə ilə başa vurub.

Son gündə “Qalatasaray” “Antalyaspor”u qəbul edib. İstanbul təmsilçisi bu görüşdə 5 cavabsz qola sevinib.

Türkiyə Super Liqası, 25-ci tur

8 mart

Sivasspor – Yeni Malatyaspor 2:0
Qol: F.Aksoy, 35. Duqlas, 45.

9 mart

Ankaragücü – Bursaspor 0:0

Trabzonspor – Akhisarspor 2:1

Qol: Nvakaeme, 70. Sosa, 76-pen – Bokila, 65.

Başakşəhər – Fənərbaxça 2:1
Qol: Robinyo, 19. Napoleoni, 83 – Soldado, 73.

10 mart

Alanyaspor – Ərzurumspor 2:1
Qol: Sisse, 45. Velinton, 59-pen – Sunu, 77-pen.

Göztəpə – Kasımpaşa 0:0

Rizəspor – Kayserispor 3:0
Qol: Muriqi, 22; 66-pen. Samudio, 56.

Beşiktaş – Konyaspor 3:2

Qol: Lyayiç, 14. B.Yılmaz, 34. Kaqava, 90 – Ö.A.Şahiner, 20. Fofana, 76.

11 mart

Qalatasaray – Antalyaspor 5:0
Qol: Fequli, 17. Onyekuru, 65; 78. Ndiaye, 68. Diane, 90.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 22 qol.