Əmrə Bələzoğlu karyerasını bitirəcəyi vaxtı açıqladı

“Fənərbaxça” klubunun futbolçusu Əmrə Bələzoğlu mövsümün sonunda karyerasını bitirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 39 yaşlı yarımmüdafiəçi mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini deyib.

Karyerası ərzində “Qalatasaray”, “İnter”, “Nyukasl”, “Atletiko”, “Başakşəhər” kimi klublarda çıxış edən Əmrə, 2019-cu ilin yayından “Fənərbaxça”da idi. Onun “bülbüllər”lə müqaviləsi mövsümün sonuna qədərdir.

Yarımmüdafiəçi 101 dəfə formasını geyindiyi Türkiyə yığmasında 9 qolla yadda qalıb.