“Fənərbaxça”nın hədəfində olan gürcü

“Fənərbaxça” Avstriyanın “Şturm” (Qrats) klubunda forma geyinən Otar Kiteişvili ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Fənərbaxça”nın bir müddət əvvəl komandadan ayrılan Maks Kruzenin yerinə 24 yaşlı gürcü futbolçunu transfer etmək istədiyi bildirilir.

Həm hücumda, həm də yarımmüdafiədə oynaya bilən Otarın transfer dəyəri 1,5 milyon avrodur. Futbolçu Gürcüstan milli komandasının da üzvüdür.

2018-ci ilin yayında Tbilisi “Dinamo”sundan “Şturm”a keçən Otarın müqaviləsi 2022-ci ilin iyununa qədərdir.