“Fənərbaxça” İspaniyanın “Real”ı kimidir” – Özil

“Arsenal”dan ayrılması gözlənilən Məsut Özil sosial şəbəkə hesabında azarkeşlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, adı “Fənərbaxça” ilə yanaşı çəkilən futbolçu, İstanbul klubunu niyə sevdiyi ilə bağlı suala belə cavab verib:

“Almaniyada “Fənərbaxça”lı bir uşaq kimi böyüdüm. Hər türk əsilli almaniyalı futbolçu bir Türkiyə komandasına azarkeşlik edər. Mənim də komandam “Fənərbaxça”dır. “Fənərbaxça” İspaniyanın “Real”ı kimidir. Türkiyənin ən böyük klubudur”.

Özil, “İndi sadəcə bir klubdan – “Tottenhem”dən təklif alsan, qəbul edərsən, yoxsa futbolu buraxarsan” sualına isə belə cavab verib:

“Bu, mənim üçün asan sualdır: futbolu buraxardım”.