“Fənərbaxça” daha bir transferi açıqladı

“Fənərbaxça” daha bir transferi tamamlamaq üzrədir.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İsveçrənin “Bazel” klubunun hücumçusu Kemal Ademini heyətinə qatıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. “Fənərbaxça” həm futbolçunun özü, həm də klubu ilə bütün məsələlərdə razılıq olunduğunu diqqətə çatdırıb. Artıq İstanbula gələn futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Almaniyada dünyaya gəlmiş Kemal Ademi 2019-cu ilin yayından “Bazel”in uğurları üçün çalışırdı. O, daha öncə “Ksamaks” və “Hoffenhaym” klublarının da formasını geyinib.