Super Liqada tur darmadağınla yekunlaşdı

Türkiyə Super Liqasında 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Beşiktaş” doğma azarkeşləri önündə “Göztəpə”ni qəbul edib və darmadağına sevinib.

Şənbə günü üç oyun baş tutub. “Ankaragücü” – “Kayserispor” matçında qalib müəyyənləşməyib. “Alanyaspor” evdə “Kasımpaşa”nı darmadağın edib.

Turun mərkəzi görüşündə “Fənərbaxça” səfərdə “Başakşəhər”in qonağı olub. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, qonaqlar son dəqiqələrdə vurduqları qollar sayəsində əzmkar qələbəyə seviniblər.

“Qalatasaray” “Konyaspor”u, “Trabzonspor” isə “Yeni Malatyaspor”u sınağa çəkib. İstanbul təmsilçisi doğma meydanda xal itkisi ilə üzləşib. Trabzonlular isə turu qələbə ilə başa vurublar.

Son oyun günündə bir görüş baş tutub. Bu yay elitaya vəsiqə qazanan iki komandanın – “Qazişəhər”lə “Gənclərbirliyi”nin duelində birincilər darmadağına seviniblər.

Türkiyə Super Liqası, 2-ci tur

23 avqust

Beşiktaş – Göztəpə 3:0
Qol
: G.Yalçın, 45+1. C.Erkin, 54. Lyayiç, 59.

24 avqust

Ankaragücü – Kayserispor 1:1
Qol
: Orgill, 59 – U.Bulut, 90+3.

Alanyaspor – Kasımpaşa 4:1
Qol
: Bakasetas, 29. Sisse, 54. Fernandes, 60. Bammu, 89 – Tiam, 33.

Başakşəhər – Fənərbaxça 1:2
Qol
: Krivelli, 32 – Muriqi, 77. Dirar, 90+2.

25 avqust

Rizəspor – Sivasspor 2:1
Qol
: Samudio, 55-pen. Boldrin, 58 – Fernando, 79.

Trabzonspor – Yeni Malatyaspor 2:1
Qol
: A.Ömür, 45. Pereyra, 78 – E.Tozlu, 89.

Antalyaspor – Dənizlispor 0:2
Qol
: B.Öztürk, 37-öz qapısına. Berrou, 69.

Qalatasaray – Konyaspor 1:1
Qol
: Babel, 60 – Consson, 90+5.

26 avqust

Qazişəhər – Gənclərbirliyi 4:1
Qol
: Kayode, 32; 40-pen. G.Vural, 56. O.Ceylan, 72 – B.Özdemir, 69.