Eyni gündə həm transferini açıqladılar, həm də…

İspaniyanın “Qranada” klubu “Roma”dan icarəyə götürdüyü Maksim Qonalonun transfer hüquqlarını da alıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

31 yaşlı fransız futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, ötən ilin yayından “Qranada”da çıxış edirdi. İspaniya klubu yarımmüdafiəçinin çıxışından razı qaldığı üçün, “Roma”ya 4 milyon avro təzminat ödəməklə onu birdəfəlik transfer etməyə qərar veriblər.

Maraqlıdı ki, “Qranada” eyni gündə Qonalonla bağlı həm də xoş olmayan bir xəbəri açıqlayıb. Belə ki, komanda üzvlərindən koronavirus testi götürülüb və Maksimin analiz nəticəsi müsbət çıxıb. Məlumata görə, futbolçu hazırda Fransadadı və evində karantinə alınıb.