Kontenin hədəfindəki ingilis

“Everton”un futbolçusu Cordan Pikford qışda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, ingilis qapıçı ilə “Tottenhem” klubu yaxından maraqlanır. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Tottenhem”in baş məşqçisi Antonio Konte rəhbərlikdən qışda Pikfordun heyətə cəlb olunmasını istəyib. “Everton”un məşqçisi Rafael Benites də 27 yaşlı futbolçunun klubu tərk etməsinə razıdır.

Pikford bu mövsüm “Everton”la 13 oyuna çıxıb və 21 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button