“Narahat olsaydım, Xamesi deyil, Useyn Boltu alardım” – Ançelotti

“Everton”un baş məşqçisi Karlo Ançelotti Premyer Liqanın ilk turunda səfərdə “Tottenhem”i məğlub etdikləri oyundan (1:0) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, komandaya yeni qoşulan Xames Rodriqes, Allan və Abdullaye Dukurenin durumu haqda da danışıb:

“Necə oynayacağını bilən futbolçuların uyğunlaşma üçün çox zamana ehtiyacı olmur. Xames, Allan və Dukure də nə etməli olduqlarını bilirlər. Onlara sadəcə öz səviyyələrini göstərmələrini dedim.

Xames dünyanın ən sürətli futbolçusu deyil, amma çox səviyyəli bir oyunçudur. Özünü sübut eməlidir, ona inanıram. Fiziki durumunun yaxşı olmaması məni narahat etmir. Narahat olsaydım, Xamesi deyil, Useyn Boltu alardım”.