“Everton”da Lempard dönəmi

İngiltərənin “Everton” komandasının yeni baş məşqçisi bəlli olub.

Komanda.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Frenk Lempard çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

İngiltərəli baş məşqçi Mersisayd təmsilçisinin sükanı arxasında yanvarın 16-da istefaya göndərilmiş Rafael Benitesi əvəzləyib. Lempardın sonuncu iş yeri isə “Çelsi” klubu olub.