“Everton”la “Valensiya” portuqaliyalıya görə “düşmən” oldu

Fransanın “Lill” klubunun futbolçusu Rafael Leao bir neçə klubun maraq dairəsindədir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu, “Everton” və “Valensiya” klublarının hədəfindədir. Hər iki klubun gənc futbolçu üçün Fransa təmsilçisinə 40 milyon avro təklif etdiyi bildirilir.

Portuqaliyalı futbolçuya A Seriyasından da təkliflərin olduğu deyilir.

2018-ci ildə “Sportinq”dən “Lill”ə transfer olunan futbolçu, iştirak etdiyi 24 oyunda 8 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.