Evdə 3 “qızıl top”um var – Hazard

Belçika millisinin və “Çelsi”nin vingeri Eden Hazard, oyunu, “qızıl top” hədəfləri, Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə olunması haqqında açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “qızıl top”u qazanmağı hədəfləmədiyini deyib:

“Bu mövsümü 30 qol, 20 məhsuldar ötürmə ilə bitirsəm, hər kəs, “bu, möhtəşəmdir” deyəcək. Hətta bütün oyunlarda məğlub olsaq da. Amma mənim istədiyim bu deyil. Statistikalar mənim vecimə də deyil.

“Qızıl top”u qazanmağı hədəfləyirəmmi? Qətiyyən. Onsuz da evdə 3 “qızıl top”um var. Uşaqlarım mənim üçün ən gözəl mükafatdır”.

Belçikalı futbolçu Messi və Ronaldo ilə müqayisə oluna bilməyəcəyini deyib:

“Dünya çempionatındakı oyunumla məşhurluğumun artdığını düşünürəm, insanların gözündə böyüdüyümü hiss edirəm. Ancaq bir anda buludların üstünə çıxmağımıza ehtiyac yoxdur. Son illərdə onların bacardıqlarını düşünsək, müqayisə olunmağım mümkün deyil”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button