“Evdə qal, idmansız qalma” verilişi yerinə düşdü” – VİDEO

Bu həftə “İdman” TV və “Azərbaycan Radiosu” ortaq yayımında “Extra Time” verilişinin növbəti efiri olub.

Komanda.az xəbər verir ki, İlkin Babanın qonağı “İdman” TV-nin direktoru əvəzi Rövşən Binnətli olub. O, bu vəzifəyə təyin olunduqdan sonra ilk dəfə “İdman” TV-nin efirində görünüb. Tanınmış jurnalistlə söhbətin mövzusu koronavirus, “İdman” TV-nin bu vəziyyətdəki yayım siyasəti, çıxış yolları və təkar yarışlar barədə olub.