“Essyeni meydana buraxmaq planımız var idi” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 22-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, gənc mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları dilə gətirib:

  • Gözlədiyimiz kimi, oyun gərgin keçdi. Maraqlı oyun alındı. Planlaşdırdığımız nələr vardısa, etməyə çalışdıq. İlk hissədə daha aktiv tərəf biz idik. Fasilədən sonra bizi çətin 45 dəqiqə gözləyəcəyini bilirdik. İstədiyimiz nəticəni əldə etmək üçün futbolçular çox çalışdı. Hər bir xal bizim üçün çox vacibdi. Rəqibi də təbrik edirəm. Son 6 oyunda uduzmurdular. Onlara uğurlar arzu edirəm.
  • Maykl Essyeni meydana buraxmamağınız nəylə bağlı idi?
  • Planda var idi. Hər şey oyunun gedişatından asılı idi. Bu gün debüt etməyi alınmadı. Qarşıdakı oyunlarda meydanda olacaq. Dünya şöhrətli futbolçudu deyə, azarkeşlər də meydanda görmək istəyir. Ancaq hələ tam hazır deyil.
  • Daha çox bir xalı düşünürdüz, ya necə?
  • Sadəcə olaraq, bu gün ən azı məğlub olmamağı düşündük. Sonuncu dəqiqədə qol vurmağımız tam yerinə düşdü.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button