Essyen rəsmən “Səbail”də!

“Səbail” Maykl Essyenlə 1,5 illik müqavilə imzalayıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Essyen həmçinin “Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.

Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi, “Səbail”ə keçənədək azad agent statusuna malik idi.

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Essyen, ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

O, “Real”ın və “Milan”ın da şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button