Essyen Azərbaycanla vidalaşdı

“Səbail”in futbolçusu Maykl Essyen Azərbaycanla vidalaşıb.

Komanda.az xəbər verir ki, bu barədə o, şəxsi “instagram” hesabından məlumat verib. Qanalı futbolçu, “Səbail” formasında və Azərbaycan bayrağı ilə şəklini paylaşaraq, “Bu, böyük zövq idi. Yenidən görüşənədək, güclü və sağlam qalın… Şəhidlər ölməz, Vətən bölünməz!” yazıb.

37 yaşlı futbolçu 2019-cu ilin martından “Səbail”də çıxış edirdi. O, karyerası ərzində “Çelsi”, “Real”, “Milan” kimi klubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button