Futbol tarixinin ən yaxşı azad agentləri SİYAHI

ESPN telekanalı futbol tarixində pulsuz reallaşan ən yaxşı transferləri açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıya “Bavariya”nın hücumçusu Robert Levandovski başçılıq edir. Polşalı hücumçu 2014-cü ildə Dortmund “Borussiya”sından Münhen klubuna azad agent kimi keçmişdi.

Siyahının ikinci pilləsində 2011-ci ildə “Milan”dan “Yuventus”a keçən Andrea Pirlodur. Üçüncü yerdə isə 2001-ci ildə “Tottenhem”dən “Arsenal”a keçmiş Sol Kempbelldir.

10-luq

  1. Robert Levandovski – “Borussiya”dan “Bavariya”ya – 2014
  2. Andrea Pirlo – “Milan”dan “Yuventus”a – 2011
  3. Sol Kempbell – “Tottenhem”dən “Arsenal”a – 2001
  4. Luis Enrike – “Real”dan “Barselona”ya – 1996
  5. Roberto Bacco – “İnter”dən “Breşiya”ya – 2000
  6. Stiv Makmanaman – “Liverpul”dan “Real”a – 1999
  7. Rud Qullit – “Sampdoriya”dan “Çelsi”yə – 1995
  8. Henrik Larsson – “Seltik”dən “Barselona”ya – 2004
  9. Ceyms Milner – “Mançester Siti”dən “Liverpul”a – 2015
  10. Esteban Kambiasso – “Real”dan “İnter”ə – 2004