“Espanyol”un baş məşqçisi: “8 futbolçumuz koronavirusa yoluxub”

İspaniyanın “Espanyol” klubunun baş məşqçisi Abelardo əsas komandada koronavirus pandemiyasına yoluxanlarla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, o, “Diario Sport”a açıqlamasında bunları söyləyib:

“İndi əsas komandada 10 nəfərdə koronavirusdan əziyyət çəkir. Onlardan səkkizi futbolçu, ikisi isə məşqçidi. Mən özüm də həftədə bir dəfə komanda ilə görüş keçirirəm. Vəziyyət çox çətindi. Bu üzdən də futbol haqda yalnız sonuncu növbədə düşünmək olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button