Erotik şəkil paylaşdı, Messi izləmədən çıxardı – FOTOLAR

Məşhur argentinalı müğənni Lali Esposito İspaniya telakanallarından birinə müsahibəsində PSJ-nin futbolçusu Lionel Messi tərəfindən “instaqram”da izləmə siyahısından çıxarıldığını və olduqca utandığını bildirib.

Komanda.az xəbər verir ki, məşhur müğənni “instaqram”da Messini “yaxın dostlar” siyahısına saldığını və heç kimə göstərmədiyi fotolarını görməyə icazə verdiyini bildirib. Amma sonra argentinalı futbolçu həmyerlisi olan müğənnini izləmə siyahısından silib:

“Elə şeylər var ki, onları hamı ilə bölüşmək istəmirəm. Elə şeylər baş verir ki, bəzi insanları narahat edə bilər. Bir gün dostlarımla erotik bir şəkil paylaşdım. Diqqət etdim ki, Messi də bu paylaşımı görüb. Yenidən yoxlayanda gördüm ki, Messi məni “instaqram” izləmə siyahısından çıxarıb. Mən onu çox sevirəm və oyunlarını izləyirəm. Xahiş edirəm, məni izləməyi dayandırma”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button