Ermənistanda futbol dayandı!

Futbol üzrə Ermənistan çempionatı dayandırılıb.

Komanda.az xəbər verir ki, futbol federasiyasından klublara bu barədə məktub göndərilib. Bildirilib ki, ölkədə hərbi səfərbərlik elan olunduğu üçün belə addım atılıb. Qərara görə, ölkə ərazisində FİFA bayrağı altında keçirilən bütün yarışlar səfərbərliyin sonuna qədər dayandırılıb.

Hazırda Ermənistan silahlıları ilə Azərbaycan ordusu arasında döyüşlər davam edir. Azərbaycan ordusu bir neçə kəndi və yüksəkliyi ermənilərin işğalından azad edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button