“Federasiya bu nəticədə günahımın olduğunu düşünürsə, istefa verə bilərəm”

Ermənistan milli komandasının baş məşqçisi Abraham Haşmanyan AÇ-2020-nin seçmə mərhələsində İtaliyaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Haşmanyan, 1:9 hesabıyla bitən görüşdən sonra istefa verə biləcəyini deyib:

“Bu oyun təəssüf ki, erməni futbolunun hazırkı durumunu özündə əks etdirir. İşimə başladığımdan bəri vəziyyətin belə olacağını deyirəm. Federasiya bu nəticədə mənim günahımın olduğunu düşünürsə, istefa verə bilərəm. Yox, davam etməyimi istəyirlərsə, bu komandanı tamam dəyişməliyəm”.

Ermənistan millisi AÇ-2020-nin seçmə mərhələsinin I qrupunu 10 xalla 5-cı sırada tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button