Erməni Rusiya futbolu haqda: “Hər şey korrupsiyaya bulaşıb”

Moskvanın ÇSKA klubunun qadın komandasının baş məşqçisi Aleksandr Qriqoryan Rusiya futbolundakı durum haqda danışıb.

Komanda.az xəbər verir ki, Qriqoryan, Rusiya futbolunun tamamilə korrupsiyaya bulaşdığını bildirib:

“Kimlərsə sual verir ki, avrokuboklarda iştirak etmədən Rusiya futbolunu necə inkişaf etdirmək olar? Buna qədər avrokuboklarda mütəmadi iştirak edirdik. İnkişaf oldu?

Futbolun inkişaf etməsi üçün ilk növbədə korrupsiyaya son qoyulmalıdır. İnkişaf proqramımızı Avropa yarışlarından kənarda qurmalıyıq.

“Nijni Novqorod”da işləyəndə korrupsiya haqda mətbuatda bir neçə dəfə danışdım. Bundan sonra məni Tolstıx (Rusiya Futbol İttifaqının sabiq prezidenti) çağırdı. Onunla söhbətim cəhənnəmi xatırladırdı. Mənə belə dedi: “Elə bilirsən sənin dediklərini bilmirəm? Bilirəm, amma bu haqda nə vaxtsa danışdığımı görmüsən? Mən bu zibili təmizləmək istəyirəm, amma bacarmıram.

Tolstıx mürəkkəb, amma təmiz adam idi. Bax, biz bununla məşğul olmalıyıq. Hər şey korrupsiyaya bulaşıb”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button