Ermənistan Premyer Liqasının iki oyunu təxirə salındı

Ermənistan Premyer Liqasında 9-cu turun iki oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. “Ararat” – “Alaşkert” və “Pünik” – “Noa” oyunları qonaq komandaların üzvlərində koronavirus aşkarlandığı üçün təxirə salınıb.

“Alaşkert”in 4, “Noa”nın isə 9 oyunçusunun koronavirus testi müsbət çıxıb.