Ermənistan millisinin nümayəndəsi koronavirusa yoluxdu: Qaydanı pozdular, kilsəni ziyarət etdilər

Ermənistan millisi UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində Estoniya ilə səfərdə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Komanda.az xəbər verir ki, yığma üzvləri bu oyundan əvvəl karantin qaydalarını pozublar. Belə ki, matçdan əvvəl komandanın nümayəndələrindən birinin koronavirusa yoluxduğu müəyyənləşib, lakin buna baxmayaraq, milli üzvləri karantin qaydalarına əməl etməyib. Onlar Tallində yerləşən erməni kilsəsini, həmçinin, şəhərdə fəaliyyət göstərən “Ararat” klubunu ziyarət ediblər.

Koronavirusa yoluxma halına görə Ermənistan yığmasının oyunöncəsi mətbuat konfransı təxirə salınsa da, UEFA matçın keçirilməsinə icazə verib.