Ermənistan klubunun futbolçusu öldü – Qarabağda

Ermənistanın “Lokomotiv” klubunun futbolçusu Erik Saryan ölüb.

Komanda.az xəbər verir ki, 18 yaşlı futbolçu Ermənistan silahlıları və Azərbaycan ordusu arasında Qarabağda davam edən döyüşlərdə ölüb. Bu barədə İrəvan klubunun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan ordusu ilə düşmən tərəfi arasında sentyabrın 27-də başlayan gərgin döyüşlər davam edir. Uğurlu hərbi əməliyyatlar keçirən Azərbaycan ordusu bir çox kəndi, Suqovuşanı, Cəbrayıl, Füzuli şəhərlərini və Hadrut qəsəbəsini işğaldan azad edib.