Ermənistan klubunun futbolçuları koronavirusa yoluxdu, oyun təxirə salındı

Ermənistan Premyer Liqası çərçivəsində bu gün keçirilməli olan “Noa” – “Lori” oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, buna səbəb qonaqların bir neçə futbolçusunda koronavirusun aşkarlanmasıdır. Bu barədə “Noa”nın rəsmi saytı məlumat yayıb.

Oyunun nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyib.