Eriksen müəmması: İngiltərəyə qayıdır?

Qış fasiləsində “İnter”dən ayrılacağı deyilən Kristian Eriksen yenidən İngiltərə Premyer Liqasında çıxış etmək istəyir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu keçmiş klubu “Tottenhem”ə qayıda bilər. London klubu da danimarkalı futbolçunun qayıtmasında maraqlıdır. Lakin Eriksenin məvacibinin “Tottenhem” üçün problem yaratdığı deyilir.

Eriksen “İnter”də illik 7,5 milyon avro məvacib qazanır.

Danimarkalı futbolçu “İnter”ə “Tottenhem”dən transfer olunub.