Eriksen 2 seçim arasında

Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen hələ də karyerasını hansı klubda davam etdirmək istədiyini bilmir.

Komanda.az “SKY Sports”-a istinadən xəbər verir ki, danimarkalı futbolçu iki variantı nəzərdən keçirir. Eriksen onunla müqaviləni uzatmaq istəyən “Brentford”la “Mançester Yunayted” arasında seçim edir. Futbolçu “qırmızı şeytanlar”ın düşərgəsinə keçmək istəyir, lakin ailəsi Londonu tərk etmək istəmir.

Eriksen 2022-ci ilin yanvarından “Brentford”da çıxış edir. O, komandanın heyətində 10 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button