Eratın komandasından əzmkar qələbə

Futbol üzrə Türkiyə 2-ci liqasında 31-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Anadolu Selçukspor” ilə üz-üzə gəlib. Eratın komandası bu görüşdən qəbəbə ilə ayrılıb – 2:1.

Toğrul bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Fatih Karagümrük” 31 turdan sonra 59 xalla 18 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.