Eratın komandasına 1 qol bəs etdi

Futbol üzrə Türkiyə 2-ci liqasında 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Etimesqut” ilə üz-üzə gəlib. Eratın komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.

Toğrul bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Fatih Karagümrük” 26 turdan sonra 52 xalla 18 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.