“Düşündüyüm tək şey budur” – Veynaldum

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Corcinyo Veynaldum komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı futbolçu, “qırmızılar”dakı gələcəyi və hazırkı durumu ilə bağlı danışıb:

“Karyeramla bağlı nə istəyirəm? Hazırda bunu demək çətindir. Bu, komandanın nə istədiyindən və həmin vəziyyətdən asılı olacaq. Nə baş verəcəyini görəcəyik. “Enfild Roud” mənim evim kimidir. Hazırda sadəcə mövsümü yaxşı başa vurmağa köklənmişəm və düşündüyüm tək şey budur.

Premyer Liqaya gələndən bəri qış fasiləsi olmadan oynayıram, amma bu istirahətin nə qədər yaxşı olduğunu bilirəm. Bir futbolçu kimi hər oyunda iştirak etmək istəyərsiz. Amma bəzən buna gücünüz çatmır. Vəziyyəti özünüz dəyərləndirməlisiz. Baş məşqçi gənc futbolçuların oynayacağına qərar versə, bunu qəbul etmək məcburiyyətindəyik”.

2016-cı ildən “Liverpul”un şərəfini qoruyan 29 yaşlı futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyulunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button