Endi Kerroll da mövsümü erkən başa vurdu

İngiltərənin “Vest Hem” klubu da ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Endi Kerroll əməliyyat olunub.

Klubdan verilən məlumata görə, forvard cari mövsümdə bir daha meydana çıxmayacaq.

“Daily Mail” nəşrinin iddiasına görə isə, “Vest Hem” sözügedən futbolçunu komandada saxlamayacaq. Onunla cari mövsümün sonunda bitəcək müqavilənin yenilənməməsi qərara alınıb.