Emin Nuri üçün 54 dəqiqə və 1 xal

Futbol üzrə İsveç çempionatında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Orebro” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.

“Kalmar” hazırda 15 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.