Emin Məmmədov qələbə ilə başladı

Azərbaycanlı stolüstü tennisçi Emin Məmmədov Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, o, kişilərin şəxsi yarışında ilk görüşünü Qazaxıstan idmançısı Akimali Bakdauletə qarşı keçirib.

Rəqibini 3:0 hesabı ilə üstələyən Emin Məmmədov 1/16 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Məhəmməd Şəffan İsmayıl olacaq.

Digər idmançımız Adil Əhmədzadə isə rəqibi oyuna çıxa bilmədiyindən birbaşa 1/8 final mərhələsinə adlayıb.

Bu gün qadın stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Əbdülhəmidova da mübarizəyə qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button