Emil Balayevli “Tobol” zirvəyə yüksəldi – VİDEO

Futbol üzrə Qazaxıstan çempionatında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Ordabası” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 39 xalla 12 kollektiv arasında zirvədə qərarlaşıb.