Emil Balayevli “Tobol” evdə uduzdu – VİDEO

Futbol üzrə Qazaxıstan çempionatında 30-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Ordabası” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 59 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.