Emil Balayev – Ən yaxşılardan biri

Azərbaycan millisinin və “Tobol”un üzvü Emil Balayev Qazaxıstan Premyer Liqasının 5-ci turunda “Okjetpes”lə keçirilən görüşün (2:1) ən yaxşı üç futbolçusundan biri olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, qarşılaşmada üç dəfə komandasını real qoldan xilas edən Balayev, 242 xalla 3-cü olub.

Oyunun ən yaxşısı isə 275 xalla Dmitri Miroşniçenko seçilib.

Emil Balayev bundan əvvəl Qazaxıstan Premyer Liqasının 3-cü turunda “Şaxtyor”la (Karaqanda) keçirilən görüşün ən yaxşı futbolçusu seçilmişdi.