Emil Balayev “Qarabağ”da forma nömrəsini seçdi

“Qarabağ”ın yeni transferi Emil Balayev forma nömrəsini seçib.

Komanda.az xəbər verir ki, 26 yaşlı qapıçı köhnə-yeni komandasında 12 nömrəli formanı geyinəcək.

Bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü “Qarabağ”la 2 illik müqavilə imzalayıb.