Emil Balayev oynadı, “Tobol” qalib gəldi – VİDEO

Futbol üzrə Qazaxıstan çempionatında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Aktobe” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 32 xalla “Astana” ilə birgə zirvədə qərarlaşıb.