Emil Balayev oynadı, “Tobol” qalib gəldi – VİDEO

Futbol üzrə Qazaxıstan çempionatında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Okjetpes”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 35 xalla “Astana” ilə birgə zirvədə qərarlaşıb. Lakin Kostanay təmsilçisinin astanalılardan fərqli, ehtiyatda da 2 oyunu var.