Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

Futbol üzrə Qazaxıstan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” da bu turnirdə növbəti matçına çıxıb.

Kostanay klubu doğma meydanda “Kaysar”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Balayev də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Emil sonadək mübarizə aparıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda isə “Ordabaşı” evdə “Atırau” ilə 1:1 hesablı heç-heçə edib. Cavab qarşılaşmaları iyunun 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button