Emil Balayev növbəti dəfə ən yaxşılar arasında

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan çempionatının 13-cü turu çərçivəsində keçirilmiş “Şaxtyor”la matçda (2:0) “Tobol”un 3 ən yaxşı oyunçusundan biri olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Emil “Şaxtyor”la görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Balayev 73-cü dəqiqədə komandasını real qoldan xilas edib. O, rəqib futbolçu Marat Şaxmetovun penalti zərbəsini dəf edib.

“Tobol”un heyətində digər ən yaxşı oyunçular isə Bauırjan Turısbek və Ruslan Valiullin seçilib.

Balayev Tobol”un heyətində ötən turda da ən yaxşı 3 futbolçudan biri seçilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button