Emil Balayev mövsümün rəmzi komandasında FOTO

Qazaxıstan Premyer Liqasında mövsümün rəmzi komandası məlum olub.

Komanda.az “sports.kz” saytına istinadən xəbər verir ki, “Tobol”da forma geyinən Azərbaycan millisinin üzvü Emil Balayev də rəmzi komandaya düşüb.

Rəmzi komandada mövsümün baş məşqçisi isə “Qəbələ”nin sabiq çalışdırıcısı, bu mövsüm “Astana” ilə çempionluq yaşayan Roman Qriqorçuk olub.

Qapıçı: Emil Balayev (“Tobol”);

Müdafiəçilər: Rade Duqaliç (“Kayrat”), Nikita Naumov (“Jetısu”), Pablo Fontanelyo (“Ordabası”);

Yarımmüdafiəçilər: Martin Tomasov (“Astana”), Tirqan Barseqyan (“Kaysar”), May Maxlanqu, Joao Paulo (hər ikisi “Ordabası”), Bauırjan İslamxan (“Kayrat”);

Hücumçular: Marton Eppel, Aderinsola Eseola (hər ikisi “Kayrat”).