Emil Balayev 630-a çatdı

“Tobol”da çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayevin hazırda ölkə çempionatında ən çox “quru seriya”ya malik qapıçı olduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Balayev sonuncu turun “Jetısu” ilə qarşılaşmasında da (1:0) qol buraxmayıb və “quru seriya”sını 630 dəqiqəyə çatdırıb. Bu barədə “Tobol” klubunun rəsmi saytı məlumat yayıb. O, bu göstəriciyə görə hazırda Qazaxıstan Premyer Liqasında iştirak edən qapıçılar arasında 1-ci yerdədir.

Qazaxıstan çempionatında ən çox “quru seriya” rekordu isə “Kayrat”ın sabiq qapıçısı Sergey Boyçenkoya aiddir. Keçmiş qolkiper 2005-2006 mövsümündə 921 dəqiqə “çərçivə”ni toxunulmaz saxlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button