Emil Balayev – 3 ən yaxşıdan biri

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan kuboku çərçivəsində keçirilmiş “Kaysar”la 1/2 final matçında (1:0) “Tobol”un 3 ən yaxşı oyunçusundan biri olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Emil sözügedən qarşılaşmada start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb. Balayev oyun ərzində qapıya gələn 8 zərbədən 2-sini dəf etməyi bacarıb.

“Tobol”un heyətində digər ən yaxşı oyunçular isə Cabı Xankav və Ruslan Valiullin seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button