Emeri açıqladı: “Onun klubdan ayrılmaq ehtimalı var”

“Arsenal”ın baş məşqçisi Unay Emeri klubdakı gələcəyi müzakirə olunan Şkodran Mustafi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, 27 yaşlı futbolçunun “topçular”dan ayrıla biləcəyini deyib:

“Onunla keçən mövsümün sonunda və bir müddət əvvəl danışdım. Onun klubdan ayrılmaq ehtimalı var. Bütün mövqelərdə rəqabət yaratmaq istəyirik. Daha rəqabətli komanda ilə mövsüm ərzində daha yaxşı çıxış edə bilərik. Belə olan halda, bəzi futbolçular daha az oynayacaqlar və onlar komandadan ayrıla bilərlər. Amma bu, futbolçu və klubla birlikdə verilən qərardır. Mustafi hazırda bizimlədir və ona ehtiyacımız olarsa, bu komandada oynayacaq”.