“Üç ay əvvəl necə oynadığımızı xatırlamalıyıq” – Emeri

“Arsenal”ın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasında “Vulverhempton”a 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, Premyer Liqanı ilk 4-lükdə bitirəcəklərinə inandığını deyib:

“Oyundan əvvəl bunun çətin olacağını bilirdik. “Vulverhempton” mövsümün əvvəlindən yaxşı oyun göstərir. Rəqib çox yaxşı təşkilatlanmışdı və biz işimizin öhdəsindən gələ bilmədik.

Nəticəyə görə təəssüflənə, ruhdan düşə bilərik. Amma hələ keçirəcəyimiz çox oyun var. Üç ay əvvəl necə oynadığımızı xatırlamalıyıq. Nikbin olmalıyıq, ilk 4-lüyə qayıdacağıq”.

Premyer Liqada keçirdiyi 35 turdan sonra 66 xal toplayan “topçular”, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button