Elyunussi “Seltik”də

Şotlandiyanın “Seltik” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub İngiltərə Premyer Liqa təmsilçisi “Sauthempton”dan Məhəmməd Elyunussini icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İcarə müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Mərakeşdə anadan olan, amma Norveç yığmasını seçən Elyunussi, “Sarpsborq”un yetirməsidi. O, “Molde” və “Bazel” klublarının da şərəfini qoruyub. 25 yaşlı hücumçu “Sauthempton”da 2018-ci ildən çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button